Türkün
Oğuzun nəslidir bilin çağlayan,
Səmada ümmandır bayrağı Türkün.
Məşriqdən məğribə müjdə yetirmiş,
Ərənlər dilində sorağı Türkün.
Haray salın qurdun yatdığı yerə,
Diriliş toxumun atdığı yerə,
Gün doğduğu yerdən batdığı yerə,
Yayılmış, döşənmiş torpağı Türkün.
Salam olsun şərqdə dönən üsyana,
Altaydan Tunaya enən üsyana,
Kürşadın səsində dinən isyana
Hələ çox gələcək qonağı Türkün.
Yenidən çalacaq cəngin mehtəri,
Sanmayın qapandı Haqqın dəftəri,
İstiqamət bular əsrin qəfləti
Yola nur salınca çırağı Türkün.
Əhdini tazə tut ey Yadigarlı,
Yolun Əhmədiyyə, cəddin Osmanlı,
Tarixə yön verib şərəfli, şanlı
Roma qapısında durağı Türkün.
Celal Yadigarlı